Dünya

Valideynlərindən pul almaq üçün öz oğurlanmasını təşkil etdi

14 İyul 2022 11:00
0 Şərh     Baxış: 854
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nigeriyanın Abeokuta şəhərinin sakini girov olaraq valideynlərindən külli miqdarda pul almaq üçün öz oğurlanmasını təşkil edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 29 yaşlı Şoqun Mafimidovo dostları ilə razılaşaraq, silahlı cinayətkarlar tərəfindən qaçırıldığını bəhanə edərək valideynlərindən 8 milyon Nigeriya nayrı tələb edib.

O, valideynlərinə əlləri bağlı halda saxta fotoşəkillərini göndərib.

Dostları Mafimidovonun ailəsinə pulu köçürməli olduqları hesab nömrəsini göndəriblər. Lakin polis texniki araşdırma aparıb, nigeriyalının özünü və dostlarını tapıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.