Dünya

"James Webb"lə ilk dəfə çəkilən görüntü - FOTO

12 İyul 2022 08:13
0 Şərh     Baxış: 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) öz saytında "James Webb" teleskopundan istifadə edərək elmi məqsədlər üçün çəkilmiş ilk görüntünü nümayiş etdirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, söhbət "uzaq Kainatın bu günə qədər ən dərin və ən aydın infraqırmızı təsvirindən" gedir.

NASA-nın rəhbəri Bill Nelson qeyd edib ki, görüntüdə "Kainatın kiçik bir hissəsi" var.

"Biz 13 milyard ildən çox geriyə baxırıq. İşıq saniyədə 186 000 mil (299 792 458 m/s) sürətlə hərəkət edir və gördüyünüz o kiçik nöqtələrdən birindən gələn işıq 13 milyard ildən çox səyahət edib", - deyə B.Nelson bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.