Dünya

Bayden Türkiyə ilə bağlı məsələyə razılıq verir

6 İyul 2022 08:59
0 Şərh     Baxış: 1 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Co Bayden Türkiyəyə təkmilləşdirilmiş F-16 qırıcılarının satışına razılıq verir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinq zamanı deyib.

""F-16 məsələsi ilə bağlı mövqeyimiz çox aydındır. Biz bu məsələni bir neçə aydır müzakirə edirik. Bayden həqiqətən bu tələbi dəstəkləyir", deyə Karin Jan-Pyer bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden NATO-nun Madriddə keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında ABŞ-ın Ankaraya F-16 qırıcılarını göndərməli olduğunu deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.