Dünya

Dünyanın ən zəngin 500 adamı 1,4 trilyon dollar itirib

2 İyul 2022 08:10
0 Şərh     Baxış: 282
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən zəngin 500 adamı 2022-ci ilin birinci yarısında 1,4 trilyon dollar itirib ki, bu da milyarderlərin sərvətində indiyə qədərki ən böyük azalmadır.

Bu barədə "Bloomberg" məlumat yayıb.

"Tesla"nın sahibi İlon Maskın sərvəti təxminən 62 milyard dollar azalıb. "Amazon"un qurucusu Ceff Bezos 63 milyard dollar itirib. "Meta" şirkətinin baş direktoru Mark Zukerberqin sərvəti ilin birinci yarısında iki dəfə azalıb.

Sərvətinin azalmasına baxmayaraq, dünyanın ən varlı adamları reytinqdəki mövqelərini qoruyub saxlayırlar. Mask hələ də 208,5 milyard dollarla ən böyük xalis sərvətə sahibdir. Bezos 129,6 milyard dollarla ikinci yerdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.