Dünya

Ərdoğan yeni neft yatağının kəşf olunduğunu bildirib - bir milyard dollar

27 İyun 2022 22:12
0 Şərh     Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adanada neft axtarışı işləri apararaq qazdığımız iki quyuda yüksəkkeyfiyyətli neft aşkarlamışıq. Yataqdakı ehtiyat təxminən bir milyard dollar qiymətləndirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra açıqlamasında bildirib.

Gündəlikdə duran digər məsələlər barədə danışan dövlət başçısı, inflyasiyaya qarşı tədbirlər, əməkhaqqının artırılması, terrorçuluqla mübarizə məsələsinə toxunaraq bildirib ki, NATO dövlət başçılarının İspaniyada keçiriləcək zirvə görüşündə PKK/YPG, FETÖ kimi terror təşkilatlara münasibətdəki riyakarlığa dair dəlillər faktlar əsasında tərəflərə təqdim olunacaq.

Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyənin Suriya sərhədində həyata keçirdiyimiz təhlükəsizlik dəhlizindəki çatışmazlıqları tamamlamaq üçün hazırlıqlarımız bitən kimi yeni əməliyyatlara başlayacağıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.