Dünya

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1500-ə çatıb

23 İyun 2022 07:35
0 Şərh     Baxış: 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 1500-ə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, təbii fəlakət nəticəsində 2000-dən çox yaralı var

Cəmi bir neçə dəqiqə çəkməsinə baxmayaraq, zəlzələnin ciddi dağıntı və tələfata yol açdığı bildirilir. Bir neçə kənd tamamilə dağıdılıb, dağıntılar altında hələ də insanların qaldığı bildirilir.

Təbii fəlakət bir neçə əyalətdə tələfat və dağıntılara səbəb olub, lakin ən çox ziyan Paktika, Nanqarhar və Host əyalətlərində meydana gəlib.

Xatırladaq ki, Əfqanıstanın cənub-şərqində 6,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Əfqanıstanla yanaşı, Pakistan və Hindistan ərazilərində də hiss edilib.

Əfqanıstanın paytaxtı Kabildə və Pakistanın paytaxtı İslamabadda sakinlər evlərini tərk edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.