Dünya

İtaliya polisi 4 tondan çox kokain müsadirə edib

7 İyun 2022 14:00
0 Şərh     Baxış: 493
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın maliyyə polisi Triyest şəhərində keçirilmiş xüsusi əməliyyat nəticəsində 4,3 ton kokain müsadirə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, Avropada ələ keçirilmiş ən böyük həcmli müsadirələrdən biri olub.

Qeyd olunur ki, narkotik vasitə Kolumbiyada fəaliyyət göstərən "Körfəz klanı"na məxsus olub.

İtaliya mətbuatının məlumatına əsasən, ABŞ və Kolumbiya hüquq-mühafizə orqanlarının da daxil olduğu gizli əməliyyat bir ilə yaxın davam edib. Yekunda 4 tondan çox narkotik vasitənin müsadirəsi ilə yanaşı, İtaliya, Kolumbiya, Sloveniya, Xorvatiya, Bolqarıstan, Niderlandda 38 nəfər saxlanılıb.

Müsadirə olunan kokainin ümumi qiyməti 240 milyon dollar dəyərində qiymətləndirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.