Dünya

Stoltenberq Vaşinqtonda Finlandiya və İsveçin NATO-ya üzvlüyünü müzakirə edəcək

1 İyun 2022 13:45
0 Şərh     Baxış: 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO-nun baş katibi Yens Stoltenberq iyunun 1-də ABŞ-ın paytaxtı Vaşinqtona səfər edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays deyib.

Onun sözlərinə görə, Vaşinqtonda keçiriləcək danışıqlarda baş katib Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsini müzakirə edəcək.

"Dövlət katibi (Entoni Blinken - red.) Finlandiyalı həmkarı (Pekka Haavisto - red) ilə keçən həftəki görüşləri ​​də daxil olmaqla, bu barədə bir sıra danışıqlar aparıb. Bildiyiniz kimi, NATO-nun baş katibi Yens Stoltenberq sabah burada olacaq, gözlənildiyi kimi, bu da onunla təmasların mövzusu olacaq", - deyə N.Prays bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.