Dünya

"Bu, birbaşa təxribatdır!"

25 May 2022 08:59
0 Şərh     Baxış: 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya növbəti raket buraxılışları ilə bağlı Şimali Koreyaya etirazını bildirib və ABŞ Prezidentinin Tokioda QUAD liderlərinin sammitində iştirakından sonra atılan bu addımı birbaşa təxribat adlandırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Yaponiyanın müdafiə naziri Nabuo Kişi jurnalistlərə bəyan edib.

"Bu, Şimali Koreya tərəfindən açıq təxribatdır və qətiyyən qəbuledilməzdir. Buna görə biz diplomatik kanallar vasitəsilə etirazımızı bildirmişik", - deyə nazir bildirib.

N.Kişi əlavə edib ki, buraxılan 3 ballistik raketdən biri təqribən 300 və digəri isə 750 kilometr məsafə qət edərək, Yapon dənizinin şərqində suya düşüb. Raketlər Yaponiyanın məxsusi iqtisadi zonasına çatmayıb. Sınaqlar nəticəsində gəmilərə zərər dəyməsi barədə məlumat daxil olmayıb. Nazir üçüncü raketlə bağlı hələlik məlumatların toplandığını da qeyd edib.

Cənubi Koreya hərbçilərinin məlumatına görə, mayın 25-də səhər Şimali Koreya Pxenyan yaxınlığındakı Sunan rayonundan Yapon dənizi istiqamətində üç ballistik raket buraxıb.

Bu, cari ildə Şimali Koreyanın həyata keçirdiyi 16-cı raket sınağıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.