Dünya

Akar İraqla sərhədə yollanıb

25 May 2022 08:54
0 Şərh     Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin milli müdafiə naziri Hulusi Akar qoşun növlərinin komandanlarının müşayiəti ilə İraqla sərhəddə terrorçularla qarşıdurma zamanı Türkiyə Silahlı Qüvvələrinin 3 əsgərinin şəhid olduğu, 4 əsgərin yaralandığı əraziyə gedib.

Trend yerli KİV-ə istinadla xəbər verir ki, aprelin 18-dən İraqın şimalında yerləşən üç bölgədə Pençe Kilit antiterror əməliyyatı davam edir.

Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, bölgədə hava şəraitinin pisləşməsinə baxmayaraq, aviasiyanın dəstəyi ilə terrorçulara qarşı zərbələr endirilir.

Səfərdə Hulusi Akarı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunlarının komandanı Musa Avsever, Hərbi Hava Qüvvələrinin komandanı Həsən Küçükakyüz müşayiət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.