Dünya

Hindistanda havanın temperaturu 50 dərəcəyə çatır

16 May 2022 20:45
0 Şərh     Baxış: 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın şimalında anomal istilər müşahidə olunur.

Milli.Az APA-ya istinadən bildirir ki, Dehlidə havanın temperaturu Selsi şkalası üzrə 49,2 dərəcəyə çatıb. Bunun mart ayından sonra ölkədə 5-ci isti hava dalğası olduğu bildirilir.

Son günlərdə xüsusilə də Himaçal Pradeş, Haryana, Uttaraxand, Pəncab və Bihar əyalətlərində havanın temperaturunun artdığı müşahidə edilib. Hindistanın hidrometerologiya departamenti bəzi bölkələrdə temperaturun 2-4 dərəcə düşə biləcəyini, lakin ümumən ölkədə kəskin isti havaların davam edəcəyini açıqlayıb. Ölkə rəsmiləri bir sıra bölgələrdə temperatur yüksəlməyə davam edəcəyindən insanları tədbirli davranmağa çağırıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.