Dünya

ABŞ Rumıniya, Polşa və Almaniyaya əlavə qoşunlar göndərəcək

3 Fevral 2022 07:25
0 Şərh     Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaşinqton yaxın zamanda Almaniyadan Rumıniyaya minə yaxın, həmçinin ABŞ-dan Almaniya və Polşaya ümumilikdə 2 minə yaxın hərbçi göndərmək niyyətindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi deyib.

Onun sözlərinə görə, mövcud vəziyyət NATO-nun şərq hissəsində müdafiə imkanlarını gücləndirməyi tələb edir.

"Prezident Cozef Bayden ABŞ-ın Avropanın təhlükəsizliyinə və sabitliyinə qarşı artan təhlükəyə cavab verəcəyini açıq şəkildə bildirib. Bizim NATO-nun (Şimali Atlantika Müqaviləsinin - red.) 5-ci maddəsinə və kollektiv təhlükəsizliyə sadiqliyimiz sarsılmaz olaraq qalır. Bu öhdəliklərin bir hissəsi olaraq və bir sıra gözlənilməz vəziyyətlərə hazırlaşmaq üçün ABŞ tezliklə Rumıniya, Polşa və Almaniyaya əlavə qoşunlar göndərəcək", - deyə mətbuat katibi bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.