Dünya

Gürcüstan Rusiya ilə hava əlaqəsini bərpa edə bilər

22 Yanvar 2022 08:03
0 Şərh     Baxış: 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birbaşa uçuşların dayandırılması Rusiya tərəfinin qərarı idi, əgər pandemiyaya baxmayaraq müsbət yanaşma olarsa, biz məsələni işçi səviyyəsində müzakirə edib konkret addımlar ata bilərik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Gürcüstanın baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan tərəfinin mövqeyi ondan ibarətdir ki, əgər Rusiya tərəfi hazırdırsa, uçuşları bərpa etmək istəyi və iradəsi varsa, buna heç nə mane olmur.

"Bu məsələ onların öz ixtiyarındadır, pandemiya vəziyyəti düzəltməyə imkan verən kimi məsələni işçi səviyyəsində müzakirə edib uçuşların bərpası üçün konkret addımlar ata bilərik", - Z. Abaşidze qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.