Dünya

Bayden sinaqoqda girov götürülməsini "terror aktı" adlandırıb

17 Yanvar 2022 07:59
0 Şərh     Baxış: 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Co Bayden Texas ştatının Kolleyvil şəhərində sinaqoqda girov götürülməsini "terror aktı" adlandırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

ABŞ prezidenti qeyd edib ki, bu, terror aktı olub. Onun sözlərinə görə, ABŞ hakimiyyəti hələ baş verənlərin bütün təfərrüatlarını, o cümlədən girov götürənin silahı haradan əldə etdiyini dəqiq bilmir.

O, ədliyyə naziri - ABŞ-ın baş prokuroru Merrik Qarlendla əlaqə saxladığını vurğulayıb və gələcəkdə "oxşar əməllərin" qarşısının alınması üçün faəliyyət göstərdiklərini qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.