Dünya

Braziliya onlara karantin tətbiq edir

8 Dekabr 2021 08:24
0 Şərh     Baxış: 423
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyada ölkəyə gələn və yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olunmayan əcnəbilərdən beş gün karantində qalmalarını tələb olunacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu səhiyyə naziri Marselu Keyroqa bildirib.

O bildirib ki, koronavirusun yeni omikron ştammının ölkə səhiyyə sistəminə mümkün təsirləri tam ciddiyətiylə araşdırılmayıb.

"Ölkəyə daxil olan və koronavirusa qarşı vaksinasiyadan keçməyənlərdən 5 gün müddətində karantində qalmalarını tələb edəcəyik. Bundan sonra onlar test verə biləcək və onun cavabı mənfi olduqda ölkəmizə gələn əcnəbi turistlər Braziliyanın gözəlliklərinən zövq almaq imkanı qazanacaq", - deyə nazir vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.