Dünya

Tbilisidə COVID pasportlarına qarşı etiraz aksiyası keçirilib

5 Dekabr 2021 21:26
0 Şərh     Baxış: 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda minlərlə vətəndaş paytaxt Tbilisinin mərkəzi prospektləri ilə yürüş edərək COVID pasportları sisteminin tətbiqinə etiraz ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, etirazçılar yeni sistemin tətbiqini "diskriminasiya və peyvəndə məcbur etmə" hesab etdiklərini bildiriblər. Onlar hakimiyyətin koronavirus pasportlarını ləğv etməsinədək etirazları davam etdirəcəklərini bəyan ediblər.

Qeyd edək ki, Gürcüstanda "yaşıl pasportlar" dekabrın 1-dən fəaliyyətə başlayıb. İndi ictimai yerlərə, restoranlara, əyləncə və ticarət mərkəzlərinə yalnız QR kodla daxil olmaq mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.