Dünya

Ermənistan əhalisi Yeni ili streslə qarşılayacaq

4 Dekabr 2021 08:32
1 Şərh     Baxış: 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda iqtisadi vəziyyət pisləşməkdə davam edir.

Milli.Az "Report"a istinadən bildirir ki, hazırda iqtisadiyyatla bağlı ən çox müzakirə edilən məsələlərdən biri qiymət artımıdır.

Son aylarda iqtisadi vəziyyətin daha da pisləşməsi inflyasiya ehtimallarını əhəmiyyətli sürətdə artırıb. 2019-cu ildən fərqli olaraq, bu ilin dekabrında rekord qiymət artımı müşahidə olunacaq. Artıq Yeni il qabağı ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində artım qeydə alınıb. Bu ilin oktyabr ayında ərzaq məhsullarının qiymətləri orta hesabla 10,4 faiz, spirtli içkilərin qiymətləri 22,0 faiz bahalaşıb.

"Əslində hər şey daha pisdir. Alıcılar hər dəfə mağazalara baş çəkəndə yeni qiymətlərin əvvəlkindən xeyli yüksək olduğunu müşahidə edirlər. Yeni ilin yaxınlaşması ilə tələbat mallarının növbəti dəfə bahalaşması gözlənilir. Bahalaşma dekabr ayında satışların da azalmasına səbəb olacaq", - agentlik qeyd edib.

Gələn il bir sıra kommunal xidmət tariflərinin artırılması ilə bağlı mütəmadi məlumatlar Ermənistan cəmiyyətində vəziyyəti daha da gərginləşdirir. Bir ay ərzində ardıcıl olaraq içməli su, təbii qaz və elektrik enerjisinin qiymətlərinin artırılması nəzərdə tutulur.

İnflyasiyanın növbəti mərhələsində isə əhalinin əksəriyyətinin həyat səviyyəsi nəzərəçarpacaq dərəcədə pisləşəcək. Əhalinin sosial cəhətdən müdafiə olunmayan təbəqələri, yalnız pensiya və ya aşağı maaşla yaşayan ailələr üçün xüsusilə çətin olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.