Dünya

İtaliyada uşaqlar koronavirusa qarşı peyvənd olunacaq

2 Dekabr 2021 07:35
0 Şərh     Baxış: 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın Dərman Məhsulları üzrə Agentliyi (AİFA) ölkədə 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvənd olunmasına icazə verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı qərar ötən gün keçirilən iclasda qəbul edilib.

Məlumata əsasən, 5-11 yaşlı uşaqlara 3 həftə ara ilə iki doza "Pfizer-Biontech" peyvəndi vurulacaq. Bildirilir ki, uşaqlar üçün olan doza normal dozanın üçdə birini təşkil edəcək.

Qeyd edilir ki, uşaqların vaksinasiyası təxminən dekabrın 20-dən sonra başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.