Dünya

ABŞ-da "omikron" ştammına ilk yoluxma halı aşkarlanıb

1 Dekabr 2021 23:55
0 Şərh     Baxış: 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da koronavirusun yeni "omikron" ştammına ilk yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Federal Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.

Məlumata əsasən, ilk yoluxma halı ölkənin Kalifroniya ştatında aşkarlanıb. Yoluxan şəxs noyabrın 22-də Cənubi Afrika Respublikasından qayıdıb.

Bildirilir ki, "omikron" ştammının aşkarlandığı şəxs koronavirusa qarşı tam peyvənd olunub və hazırda karantinə yerləşdirilib.

Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.

Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.