Hava

Bakıda buludlu, rayonlarda isə... - HAVA PROQNOZU

23 Noyabr 2019 12:58
0 Şərh     Baxış: 4 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Səhər çiskinli olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.

Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 2-4°, gündüz  5-8° isti,

Bakıda gecə 2-4°,  gündüz  6-8°  isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 776 mm civə sütunundan 773 mm civə sütununa aşağı enəcək.

Nisbi rütubət 80-90 % olacaq.  

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin bəzi şərq rayonlarında  arabir  yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° isti,

gündüz  5-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.