Hava

Maqnit qasırğası gözlənilir

14 Oktyabr 2019 11:15
0 Şərh     Baxış: 1 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər hava şəraiti metohəssas insanların səhhəti üçün heç bir problem yaratmayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olub. Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit keçib.

14-16 oktyabr tarixlərində də Günəş fəallığının çox aşağı səviyyədə qalacağı bildirilib.

Məlumata görə, proqnoz dövründə geomaqnit sahədə ümumən sakitlik, lakin qısa fasilələrlə ilk iki gün ərzində fəal şərait müşahidə oluna bilər. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk gün (14 oktyabr) 5%-dən, qalan iki gün isə (15, 16 oktyabr) 1%-dən aşağı qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.