Hava

Həftənin ilk iş gününün HAVASI

6 Oktyabr 2019 13:16
31 Şərh     Baxış: 8 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, hava Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz olacaq.  Səhər bəzi yerlərdə zəif duman.

Mülayim cənub-qərb küləyi gündüz  güclü şimal-qərb  küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 16-20° isti, gündüz  21-24° isti,

Bakıda gecə 17-19° isti, gündüz 21-23°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi 751 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. 

Nisbi rütubət gecə 60-70 %, gündüz 55-60 % olacaq.  

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.  Bəzi şimal və şərq rayonlarında  intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda  əsasən yağmursuz.  Səhər bəzi yerlərdə duman. Qərb  küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz  23-28° isti,

dağlarda gecə 8-13° isti, gündüz  13-18° isti təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.