Hava

İstirahət gününün HAVAsı

5 Oktyabr 2019 13:29
22 Şərh     Baxış: 3 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fəyişkən buludlu. Yağmursuz.

Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu  gecə 16-19° isti, gündüz  24-28° isti,

Bakıda gecə 17-19° isti, gündüz 25-27°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunundan 752 mm civə sütununa enəcək. 

Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.  

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 06-da Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, gilavar küləyinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin səhər və axşam  Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı,  yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman.  Qərb  küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz  25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz  15-20° isti təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.