Hava

İstirahət üçün əla fürsət... - HAVA PROQNOZU

24 Avqust 2019 13:24
77 Şərh     Baxış: 5 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında günəşli olacaq. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 20-24° isti, gündüz  30-35° isti, Bakıda gecə 22-24° isti, gündüz  33-35°  isti  təşkil edəcək. Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 30-40 %  olacaq.  

Abşeron çimərliklərində gözlənilən hava şəraiti      

Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu: 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti təşkil edəcək.  

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin səhər saatlarında bəzi qərb rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi  ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz  33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz  23-28°  isti təşkil edəcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.