Hava

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

23 Avqust 2019 17:45
4 Şərh     Baxış: 1 420

Ekologiya və Təbii Sərvətlər Nazirliyi istirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Milli.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə: Böyük və Kiçik Qafqazda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda  23-28 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində isti və yağmursuz hava şəraiti müşahidə olunacaq. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35, dağlıq rayonlarda 25-30 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.

Paytaxtda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 32-36 dərəcə isti təşkil edəcək.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Arzu · 23 Avqust 21:3320

    hacan serin olacaq day olduk istiden

    Cavab yaz
  • Anonim
    gulshen · 23 Avqust 23:5900

    hava ne vaxt serinleyecek

    Cavab yaz
  • Anonim
    coban 22 ci esr · 24 Avqust 17:5000

    serhimi verin

    Cavab yaz
  • Anonim
    ❤️Ebru❤️ · 1 Sentyabr 21:5300

    Bir serhciniz olaraq cox xais etdim sizden hormetli moderator.Nolarki yerine yetirseniz?Bele olmaz axi xais edirem uzmeyin meni.((

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.