Hava

Həftənin ilk iş gününə olan HAVA PROQNOZU açıqlandı

18 Avqust 2019 12:19
54 Şərh     Baxış: 7 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında günəşli hava əsasən olacaq

Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 20-24° isti, gündüz  32-37° isti,

Bakıda gecə 22-24° isti, gündüz  34-36°  isti  təşkil edəcək.

Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 %  olacaq.  

Abşeron çimərliklərində gözlənilən hava şəraiti           

Cənub-şərq küləyi əsəcək

Dəniz suyunun temperaturu: 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında

Yağmursuz. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz  34-39° isti°,

dağlarda gecə 14-18° isti,  gündüz  25-30°  isti təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.