Hava

Bakıda 35 dərəcə isti, Abşeron çimərliklərində isə... - HAVA PROQNOZU

16 İyun 2019 12:18
20 Şərh     Baxış: 4 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman gözlənilir.

Şimal-qərb küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu  gecə 19-24° isti, gündüz  30-35° isti,

Bakıda gecə 21-23° isti, gündüz  32-34°  isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. 

Nisbi rütubət  gecə 60-70 %, gündüz 35-40 % olacaq.  

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)

Şimal-qərb küləyi axşam arabir güclənəcək.

Dəniz suyunun temperaturu  21-22° isti təşkil edəcək.

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx)

Şimal-qərb küləyi axşam arabir güclənəcək.

Dəniz suyunun temperaturu  23-24° isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı,  dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz  33-38° isti, dağlarda gecə 14-19° isti,  gündüz 20-25°  isti təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.