Hava

Həftənin ilk iş gününə olan HAVA PROQNOZU açıqlandı

26 May 2019 12:40
292 Şərh     Baxış: 10 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı və Abşeron yarmadasında mayın 27-ə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata əsasən, hava Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 18-21° isti, gündüz  23-26° isti,

Bakıda gecə 19-21° isti, gündüz  23-25°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi  758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.

Nisbi rütubət  gecə 70-80 %, gündüz 50-55 %  olacaq.   

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz  26-31° isti, dağlarda gecə 10-15° isti,  gündüz 18-23°  isti təşkil edəcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.