Hava

İstirahət gününün HAVAsı

18 May 2019 12:54
128 Şərh     Baxış: 4 122
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz olacaq. Bəzi yerlərdə duman müşahidə ediləcək. 

Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu  gecə 15-18° isti, gündüz  24-28° isti təşkil edəcək.

Bakıda gecə 17-19° isti, gündüz  25-27°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi  756  mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət   gecə  70-80 %, gündüz 50-55 % olacaq.   

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin axşam bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz  29-34° isti, dağlarda gecə 10-15° isti,  gündüz 17-22°  isti təşkil edəcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.