Hava

"Dolu 5-10 dəqiqə davam edib" - İcra Hakimiyyətindən açıqlama - YENİLƏNİB

15 May 2019 11:11
1 Şərh     Baxış: 3 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:11

Şəki şəhərinə güclü dolu düşüb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov məlumat verib.

S.Yusifov bildirib ki, şəhər mərkəzində və ətraf kəndlərdə müşahidə olunan dolu 5-10 dəqiqə davam edib:

"RİH nümayəndələri iş başındadırlar, dolunun daha çox hansı ərazilərə düşdüyü və dəymiş ziyanın həcmi araşdırılır. İlkin ehtimallara görə, əsas ziyan kənd təsərrüfatına dəyib. Evlər, o cümlədən obyektlər də ziyan çəkib".

---------
10:04

Şəkiyə güclü dolu yağıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, dolu, əsasən, rayonun dağlıq kəndlərindən olan Orta-Zəyziddə müşahidə olunub.

Gecə saatlarından yağmağa başlayan dolu bir neçə dəqiqə müddətində davam edib. Kənd sakinlərinin sözlərinə görə, dolu meyvə ağaclarına ziyan vurub.

Qeyd edək ki, dünən axşam saatlarından etibarən Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur. Gecə saatlarında bölgənin əksər rayonlarına güclü yağış yağıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.