Hava

Bu gün hava necə olacaq?

13 May 2019 10:52
311 Şərh     Baxış: 3 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında mayın 13-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək,  səhər bəzi yerlərdə duman olacaq. Axşam qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz  25-27 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi  762 mm civə sütunu,nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.

Rayonlarda mayın 13-də bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi axşam mülayim qərb küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.