Hava

Gəncədə son vəziyyət necədir? - İcra Hakimiyyətindən açıqlama

11 May 2019 15:59
0 Şərh     Baxış: 5 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 10-dan başlayaraq Gəncə şəhərində yağan yağışlar artıq səngiyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin sözçüsü Gülnar Fazilqızı bildirib. Onun sözlərinə görə, yağan yağışlar şəhərdə elə də ciddi fəsadlar törətməyib:

"Hazırda yağış kəsib və şəhər mərkəzində elə bir problem yoxdur. Nizami və Kəpəz rayonlarından hər hansısa bir ciddi fəsadla bağlı xəbər gəlməyib".

Qeyd edək ki, ötən gündən başlayaraq Gəncə şəhərində yağan yağışlar nəticəsində şəhərin Nizami və Kəpəz rayonlarında bəzi ərazilər yağış suları ilə dolub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş müraciətlər ilə əlaqədar olaraq, Nazirliyin Gəncə Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası yağış suları dolmuş ərazilərə cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.