Hava

Güclü külək əsəcək... - XƏBƏRDARLIQ - HAVA PROQNOZU

10 Mart 2019 12:33
145 Şərh     Baxış: 10 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 11-i respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında Dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 5-7° isti, gündüz 11-16° isti, Bakıda gecə 5-7° isti, gündüz  13-15°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi  758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Xəbərdarlıq

Martın 11-də gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözləniliir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Gecə və səhər ayrı-ayrı yerlərdə duman.

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz  15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz  6-11° isti təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.