Hava

Dünyanın ən soyuq yerləri haradır?

5 Fevral 2019 14:35
0 Şərh     Baxış: 2 611

Dünyanın ən soyuq yerləri açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Britaniyanın "Independent" nəşrinin tərtib etdiyi reytinqə əsasən, Monqolustanın paytaxtı Ulan-Batorda yanvar ayında havanın temperaturu qəflətən dəyişərək mənfi 16 dərəcəni keçir.

Siyahıya Rusiyanın istifadə etdiyi "Vostok" antarktik stansiyası da daxildir. Yay fəslində burada orta temperatur mənfi 32 dərəcə olur. Stansiya, həmçinin planetin ən quraqlıq yerlərindən biri hesab olunur.

Reytinqə Rusiyanın Verxoyansk şəhəri də salınıb. Bu şəhər qış və yay aylarında temperatur arasındakı böyük fərqlə tanınır. Belə ki, burada qışda orta temperatur 48 dərəcə şaxta, yayda isə 30 dərəcə isti təşkil edir.

Bundan başqa, dünyanın ən soyuq yerləri arasında Denali dağı (ABŞ, Alyaska), Freyzer şəhəri (ABŞ, Kolorado), Snaq kəndi (Kanada), Yakutsk (Rusiya) və Rocer aşırımı (ABŞ, Montana) da var.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.