Hava

XƏBƏRDARLIQ: Maqnit qasırğası gözlənilir

4 Fevral 2019 15:48
4 Şərh     Baxış: 7 916

Fevralın 7-8-də geomaqnit qasırğasının baş verəcəyi də gözlənilir. Maqnit sahəsinin Z komponentinin istiqaməti cənubu göstərərsə, geomaqnit həyəcanlaşması daha güclü olacaq.

Milli.Az xəbər verir ki, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevin Trend-ə verdiyi məlumata görə, hazırda Günəşin görünən diskində heç bir Günəş ləkəsi müşahidə olunmur və gündüz ulduzumuz olan Günəş alışmalar generasiya etməyə qadir deyil.

E.Babayev deyib ki, Günəşin səthində orta ölçüyə malik növbəti tac dəliyi formalaşıb. Tac dəliyindən yüksək sürətli Günəş küləyi (yüklü zərrəciklərdən ibarət plazma) öz başlanğıcını götürərək planetlərarası fəzaya, o cümlədən Yerə doğru yönəlmiş olur. Tac dəliyindən "əsən" Günəş plazma küləyinin təsirlərinin 7-8 fevral tarixlərində Yerə çatması gözlənilir. Həmin plazma küləyi Yer maqnetosferində həyəcanlaşma yaradacaq və nəticədə hətta zəif səviyyəli geomaqnit qasırğasının baş verəcəyi də gözlənilir. Sonuncu güclü həyəcanlaşma və qısamüddətli qasırğa fevral ayının əvvəlində baş vermişdi:

"Planetlərarası maqnit sahəsinin Z komponentinin istiqaməti cənubu göstərərsə, 7-8 fevral tarixlərində müşahidə olunacaq geomaqnit həyəcanlaşması daha da güclü olacaq. Bu gün üçün geomaqnit həyəcanlaşmasını xarakterizə edən əsas Kp indeksinin qiyməti 1-3 arasında dəyişir. Ehtimal olunur ki, 7-9 fevral tarixlərində bu qiymət qalxacaq. Hazırda atmosfer təzyiqi normadan yüksəkdir".

Milli.Az 

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    mirzefeteli · 4 Fevral 18:0321

    neyin qiymeti qalxacaq?basa dusmedim.

    Cavab yaz
    • Anonim
      NIGARMY · 4 Fevral 19:5310

      men de onu basa dusmedim

      Cavab yaz
  • Anonim
    NIGARMY · 4 Fevral 19:5410

    bunun bize ne kimi ziyani olacaq ki

    Cavab yaz
  • Anonim
    QQ · 4 Fevral 20:2920

    Mən də deyirəm niyə bu gün heç nədən başım agrıyır .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.