Cəmiyyət

Yay "qayıdır": Avqustun 24-dək hava isti olacaq

20 Avqust 2018 17:09
5 Şərh     Baxış: 5 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın bəzi ərazilərində havanın maksimal temperaturu 35 dərəcəyə çatacaq.

Milli.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva Trend-ə deyib ki, avqustun 21-dən 24-dək Bakıda və Abşeron yarımadasında şimal küləyi zəifləyəcək və mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

U.Tağıyeva qeyd edib ki, yaxın günlərdə havanın temperaturu getdikcə yüksələcək:

"Abşeron yarımadasında havanın maksimal temperaturu 33-34 dərəcə, Aran rayonlarda 35 dərəcəyə yaxın, dağlıq ərazilərdə isə 23-24 dərəcə isti olacağı gözlənilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.