Hava

Qar yağacaq

25 Fevral 2018 13:50
1 Şərh     Baxış: 28 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-şərq küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 26-də arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 7 dərəcyədək isti, gündüz 4-15 dərəcə isti olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.