Hava

Yağış yağacaq - HAVA PROQNOZU

3 Dekabr 2017 11:00
304 Şərh     Baxış: 11 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həftənin ilk iş gününün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, dekabrın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 9-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90% olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, havanın əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında isə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.