Hava

Sabahın HAVAsı

12 Noyabr 2017 12:24
507 Şərh     Baxış: 12 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanındəyişkən dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-18° isti olacaq.

Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq.

Səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 15-19° isti, dağlarda 3-8° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.