Hava

Sabahın HAVAsı

9 Sentyabr 2017 11:50
365 Şərh     Baxış: 5 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə  18-21° isti, gündüz  28-31° isti, Bakıda gecə  18-20°, gündüz 28-30° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  761  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-75 %, gündüz  40-45 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə  15-20°, gündüz  30-35° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.