Hava

Bu ərazilərə güclü qar yağdı - Maşınlar yolda qaldı

27 Fevral 2025 23:54
Baxış: 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qar yollarda çətinlik yaradıb.

Milli.Az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, ötən gün gecə saatlarından başlayan güclü qar Şamaxı və İsmayıllıda fəsadlara səbəb olub. Güclü qar səbəbindən avtomobillərin hərəkətində çətinliklər yaranıb. Bəzi yerlərdə qarın qalınlığı 70 sm-dir. Dağlıq kəndlərdə qar səbəbindən yolların bağlanması müşahidə edilib.

Güclü qar Şamaxı-İsmayıllı-Qaraməryəm avtomobil yolunda hərəkəti dayandırıb. Muğanlı dolaylarında, eləcə də Basqal qəsəbəsi ərazisində avtomobillər yolda qalıb. Ərazidə müvafiq tədbirlər görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.