Azərbaycanda bu qış çox sərt keçəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Havaların ötən illərlə müqayisədə bu il tez soyuması "Cənub ossilyasiya indeksinin" müsbət fazası olan "La-Nino"nun aktivləşməsi ilə əlaqədardır".
Milli.Az xəbər verir ki, bunu açıqlamasında Elm və Təhsil Nazirliyinin akademik H. Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib.
O bildirib ki, hansısa ərazidə hava şəraitinin, o cümlədən hava temperaturunun dəyişməsi bir çox səbəblərlə əlaqədar ola bilər:
"Bu daha çox hava kütlələrinin hərəkət xarakteri ilə əlaqəlidir. İndiki şəraitdə soyuqların bir qədər tez düşməsi Ümumdünya Meteoroloji Təşkilatının və dünyanın bir çox proqnoz mərkəzlərinin verdiyi məlumatlara əsasən "La-Nino" hadisəsinin aktivləşməsilə bağlıdır. "La-Nino" Sakit okeanın ekvatorial hissəsində müşahidə olunan "Cənub ossilyasiya indeksinin" müsbət fazasıdır. Onun mənfi fazası isə "El-Nino" hadisəsi adlanır. "Cənub ossilyasiya indeksi" Sakit okeanın şərqində yerləşən Darvin adası və qərbində yerləşən Taiti adaları arasında atmosfer təzyiqi fərqi ilə müəyyən olunur. Əgər Darvin adasındakı təzyiq Taiti adasındakından azdırsa (mənfi faza), külək qərbdən şərqə tərəf əsir və qızmış okean səth sularını şərqə - Cənubi Amerika sahillərinə doğru daşıyır. Bu proses nisbətən uzun müddət davam etdikdə, tədricən Sakit okeanın mərkəzi və şərq hissələrində, xüsusilə də Cənubi Amerikanın qərb sahillərində qızmış su sahələri və onların temperaturu ketdikcə artır ki, bu da "El-Nino" hadisəsi adlanır. "El-Nino" baş verdikdə qızmış okean suları istiliyin bir hissəsini atmosferə ötürdüyündən dünyanın qlobal temperaturu da bir qədər artırır, yəni "parnik" qazlarının yaratdığı qlobal istiləşməni bir qədər də kəskinləşdirir. Buna misal olaraq qeyd etmək olar ki, 2023-cü ilin sonlarından və 2024-cü ilin ortalarına qədər davam etmiş "El-Nino" hadisəsi nəticəsində 2024-cü ilin son yüzilliyin ən isti ili olacağı gözlənilirdi.
Bunun əksinə olaraq, əgər Darvin adasındakı təzyiq Taiti adasındakından çoxdursa, müsbət faza hesab edilən "La-Nino" hadisəsi baş verir ki, bu zaman küləyin istiqaməti şərqdən qərbə doğru yönəlir. Bu zaman Cənubi Amerika sahillərindən başlayaraq okean üzərində qızmış su kütlələri qərbə - açıq okeana doğru hərəkət edir və onların yerini isə okeanın dərinliyindən qalxan daha soyuq su kütlələri tutur. Bu proses davam etdikcə tədricən okeanın səth suları soyuyur ki, bu da öz növbəsində okean üzərindəki atmosfer havasının da temperaturunun bir qədər aşağı düşməsinə səbəb olur. Bu son nəticədə atmosfer hava dövranı nəticəsində qlobal temperaturun da azalmasına gətirib çıxarır. 2025-ci ilin fevralınadək "La-Nino"nun aktivləşəcəyi proqnozlaşdırılır".
Səid Səfərov qeyd edib ki, "El-Nino" və "La-Nino"nun qlobal hava şəraitinə təsiri yuxarıda qeyd edilən təzyiqlər fərqinin qiymətindən və davametmə müddətindən asılıdır və dünyanın müxtəlif ərazilərində bir qədər fərqli şəkildə təzahür edə bilər: "Dünyanın bir çox alim və mütəxəssislərinin fikrinə görə, "La-Nino"nun gözlənilən aktivləşməsi çox da kəskin olmayacaq və bu istənilən halda mövcud qlobal istiləşmənin tempini nəzərəçarpacaq dərəcədə aşağı sala bilməyəcək".
O həmçinin bildirib ki, verilən proqnozlara əsasən, Azərbaycan ərazisində də fevral ayına qədər havaların bir qədər soyuması, yağıntıların (qar və yağış şəklində) artması gözlənilir. (APA)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Qalatasaray” rəhbərliyində gözlənilməz İSTEFA - FOTO
-
“Uşaq Dünyası” beynəlxalq musiqi festivalı keçiriləcək - FOTO
-
Gündəmi zəbt edən “müalicəvi qolbaqlar” həqiqətən şəkər və təzyiqi salır? - AÇIQLAMA
-
Toral Bayramov "Bursasspor"a keçdi
-
Meteohəssas insanlar üçün riskli gün
-
Dnepropetrovskda vəziyyət gərginləşir
-
Serbiyada qaz turbin elektrik stansiyasının işlənməsi, layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş təsdiqlənib
-
Xalq artistinin keçmiş əri OĞLU İLƏ - FOTO
-
Bakının bu ərazisində qazın verilişi DAYANDIRILACAQ
-
Si Cinpin Prezident İlham Əliyevə məktub göndərib
-
İTV-nin baş direktoru o SEÇİLDİ
-
"Vətən müharibəsi" qazisi VƏFAT ETDİ - FOTO
-
Prezident İlham Əliyev: Özümüzü buğda ilə cəmi 55 faiz təmin edirik
-
Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib
-
Prezident İlham Əliyev: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir
-
"Xoşqədəmin həmin an sanki "qanadları çıxdı""
-
MEMİM teatr sənəti üzrə yazı müsabiqəsi elan edir
-
Prezident İlham Əliyev: May ayında Bakıda hər halda belə yağışın yağmasını mən xatırlamıram
-
Bu qurbanlıq heyvan 16 740 manata satılır
-
"İranla razılaşma ya möhtəşəm olacaq, ya da olmayacaq"
-
Aysunun keçmiş əri 4-cü dəfə ATA OLDU - İlk FOTOlar
-
Prezident İlham Əliyev: Kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır
-
Prezident İlham Əliyev: Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır
-
Prezident İlham Əliyev: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb





