Hava

İstanbul hava limanında uçuşlar dayandırıldı

24 Yanvar 2022 15:56
0 Şərh     Baxış: 1 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda güclü qar yağması ilə əlaqədar hava limanlarının işində fasilələr yaranıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, İstanbul hava limanında təyyarələrin uçuşu 1 saatlıq dayandırılıb.

Qeyd olunur ki, bu müddət ərzində uçuş-eniş zolaqlarının təmizliyi aparılacaq.

Eyni zamanda, Sabiha Gökçen hava limanında da bir sıra uçuşların ləngidiyi deyilir.

Sinoptiklərin məlumatına əsasən, ötən gündən etibarən İstanbulda başlayan güclü qar çərşənbə gününə kimi davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.