Video

“Biz elə bil qonaq kimiyik” - Qeydiyyatsız evlərdə yaşayanların problemləri nə vaxt həll olacaq? - VİDEO - FOTO

10 Sentyabr 2019 13:01
2 Şərh     Baxış: 2 255
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məktəbə çoxlu uşaqlar gəlir. Məktəb balacadır. Uşaqlar yerləşmir. 500-600 ev var burda. Bir dənə olsun telefon yoxdur.

Milli.Az bildirir ki, ARB TV xəbər verir ki, bu sözləri yerli sakinlər "Günə Doğru" verilişinə müsahibəsində deyib.

Şəhərətrafı kənd və qəsəbələrdə yaşayanlara bu problemlər tanışdır. Səbəb isə buradakı tikililərin çoxunun sənədsiz, sakinlərin qeydiyyatsız olmasıdır. Buna görə də problemlərin həlli yubanır.

Sakin: "3 ildir ki, evimin sənədi yoxdur. Necə düşüm?"

Sakin: "Qeydiyyatım başqa yerədir. Deyirlər verəcəklər, hələ gözləyirik".

Sakin: "Burda heç kimdə yoxdur. Vermirlər axı. Biz elə bil qonaq kimiyik".

Ruslan Atakişiyev - İqtisadçı: "Bu gün ora sayğaclar qoyulur. Əhali öz istifadə etdiyi komunal xidmətlərin pullarını verirlər. Amma burada bu gün su vaxtında verilmir. Qazın təzyiqi zəif olur. Ümumiyyətlə, bu ərazilərdə ünvan problemi var. Taksi sifariş verəndə həmin yerdə tanınmış yer olmasa mümkün deyil".

Ramil Osmanlı - Ekspert: "Bu məsələlər ciddi problemdir və biri digərinə çox ciddi şəkildə təsir göstərir. Vətəndaşlar öz problemləri ilə bağlı müvafiq icra hakimiyəti orqanlarına müraciət edərkən onların müraciətlərinin cavablandırılması, eyni zamanda müraciətlərə baxılmasının özündə ciddi problemlər meydana çıxır".

Məlumdur ki, kommunal xidmətlər, yol infastrukturu, nəqliyyat şəbəkəsi yaşayış məntəqəsində qeydiyyatda olan əhalinin sayına uyğun qurulur. Şəhərərtafı qəsəbələrdə əhalinin sayı rəsmi rəqəmlərdən çoxdur və bu say hər keçən gün artmaqdadır. Nəticədə avtobuslarda sıxlıq artır, qaz təzyiqi aşağı düşür, elektrik xətləri həddən çox yüklənir. Problemin həlli üçün isə...

Ruslan Atakişiyev - İqtisadçı: "Buna kompleks yanaşılmalıdır. Bu ərazilərdə həmin evlərin rəsmiləşməsi, ünvanların verilməsi, əhalinin qeydiyyatının aparılması ilə bağlı konkret işlər görülməlidir. Bu kömək edəcək ki, orada yaşayan əhali qeydiyyatı dəqiq olsun. Və o cümlədən komunal xidmətlər baxımından da dəqiqləşdirilmiş olur".

Ramil Osmanlı - Ekspert: "Bu problemlərin həlli həm də ona görə vacibdir ki, fərd sayının orada müəyyən olunması bu qeydiyyatla həll oluna bilər. Və, eyni zamanda, həmin əraziyə xidmət göstərən kommunal təminatı həyata keçirən qurumlar xidmət göstərərkən, orada yaşayan əhalinin sayını tam olaraq müəyyənləşdirmiş olur".

Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən bildirildi ki, hazırda ölkəmizdə fərdi yaşayış evlərinin qeydiyyatı istiqamətində iş gedir. Bütün bu işlər yekunlaşdıqdan sonra vətəndaşların da həmin evlərdə qeydiyyatı məsələsinin həll olunacağı gözlənilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.