Türkiyə

Dəhşətli cinayət - Şəbnəmin ölüm səbəbi bəlli oldu - VİDEO

28 Oktyabr 2021 12:10
0 Şərh     Baxış: 11 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə Şəbnəm Şirin adlı qadın sevgilisi tərəfindən boğazı kəsilərək öldürülüb.

Milli.Az Azxeber-ə istinadən xəbər verir ki, Dənizlinin Pamukkale şəhərində 25 yaşlı Şəbnəm Şirinin sevgilisi tərəfindən boğazı kəsilib.
 
Hadisə səhər saatlarında Pamukkale rayonunun Kınıklı məhəlləsində bir mənzilin birinci mərtəbəsində baş verib. Şəbnəm Şirin ilə sevgilisi Furkan Zıbıncı arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisə zamanı Furkan Zıpıncı mətbəxdən götürdüyü bıçaqla Şəbnəmin boğazını kəsib.

Qışqırıq səslərini eşidən qonşular polisə və təcili yardıma xəbər verib. Mənzilə daxil olan zaman Şəbnəmi qonaq otağında yerdə uzanmış vəziyyətdə görüblər. Boğazı kəsilən Şəbnəmin öldüyü müəyyən edilib. Məlumata görə, cinayətə səbəb qısqanclıq olub. 

Polis hadisədən sonra qaçan Furkan Zıbıncının tutulması üçün işlərə başlayaraq onu saxlayıb. İstintaq işləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.