Türkiyə

Türkiyədə əhalinin 72 faizdən çoxu tam peyvəndlənib

2 Oktyabr 2021 16:52
0 Şərh     Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə koronavirusa qarşı vurulan vaksin dozalarının sayı 110 milyonu ötüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Hesabata əsasən, bu günədək Türkiyədə 53,9 milyondan çox birinci doza, 44,8 milyondan çox ikinci doza və 11,2 milyondan çox üçüncü doza vaksin vurulub. Ümumi istifadə olunan dozaların sayı 110,2 milyonu keçib. Beləliklə ölkədə əhalinin 86,9 faizi birinci, 72,1 faizi hər iki doza ilə peyvənd olunub.

Qeyd edək ki, ötən gün Türkiyədə 28 mindən çox şəxs virusa yoluxub, 210 nəfər vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.