Türkiyə

Türkiyədə itkin düşən 16 yaşlı azərbaycanlı tələbə ölü tapıldı

10 Sentyabr 2021 10:11
0 Şərh     Baxış: 3 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə təhsil alan azərbaycanlı tələbə tikinti sahəsində asılı vəziyyətdə tapılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2 il öncə Azərbaycandan Türkiyəyə köçən Azərbaycan vətəndaşı Ümid Can İzmir şəhərində Buca Atatürk Liseyinin 2-ci kurs tələbəsi olub.

2005-ci il təvəllüdlü yeniyetmə sentyabrın 3-də restoranda nahar etmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Türkiyə hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı əməliyyat axtarış tədbirləri nəticəsində Ümid Can sentyabrın 9-da səhər saatlarında Kızıltəpə yaxınlığındakı tikinti sahəsində asılmış vəziyyətdə tapılıb.

Yeniyetmənin cənazəsi bu gün səhər saatlarında Bakıya gətirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.