Türkiyə

Türkiyəli futbolçudan amansız qətl - 5 yaşlı oğlunu öldürüb

6 May 2020 18:54
4 Şərh     Baxış: 2 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Hacettepe" klubunun sabiq futbolçusu Cevher Toktaş amansız qətl törədib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, hazırda həvəskar liqada "Bursa Yıldırımspor"da çıxış edən oyunçu 5 yaşlı oğlu Kasımı öldürüb.

33 yaşlı yarımmüdafiəçi hadisədən 11 gün sonra törətdiyi cinayəti etiraf edib. 2008/2009 mövsümündə "Hacettepespor"la Türkiyə Superiqasında çıxış etmiş Cevher Bursada koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən Kasımı aprelin 23-də boğaraq öldürüb.

O, törətdiyi cinayəti məhkəmə zalında soyuqqanlı şəkildə izah edib: "Oğlum kürəyi üstə yatmışdı. Yastığı onun üzünə basdım və 15 dəqiqə saxladım. Oğlum çırpınırdı, amma mən ölənə qədər yastığı basmağa davam etdim".

Toktaş psixi pozğunluğunun olmadığını, sadəcə oğlunu sevmədiyi üçün öldürdüyünü deyib: "Mənim iki oğlum var. Ölən oğlumu doğulduqdan sonra heç sevmədim, niyə sevmədiyimi də bilmirəm. Sağlamlıqla bağlı və psixi problemlərim yoxdur".

Cevher Toktaş məhkəmə zalındaca həbs olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.