Türkiyə

Korona: Yeni dünya düzəni belə formalaşacaq

31 Mart 2020 14:10
0 Şərh     Baxış: 1 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyası yeni dünya düzəninin formalaşmasını sürətləndirəcək.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu sözləri türkiyəli jurnalist Məhməd Əli Yazar son proseslərlə bağlı şərhində deyib.

O bildirib ki, KOVİD-19 pandemiyası bəşəriyyətin əsl simasını ortaya çıxardı:

"ABŞ Avropaya sərhədlərini bağladığı, Avropa Birliyi (AB) ölkələri Şengen vizasını dayandırdığı halda, Çin, Kuba və Rusiya çətin durumda olan İtaliyaya yardım əlini uzatdı. Fikrimcə, bu, iki anlama gəlir: "İnkişaf etmiş" ölkələrin əslində bəlli məsələlərdə inkişaf etmədiyi, ikinci də "öncə mənafe" deyən ABŞ və AB ölkələri ilə digər ölkələr arasında əsaslı fərqlər olması... Artıq bir müddətdir ki, ABŞ-ın yuxarı dairələrində müzakirə aparılır. ABŞ-da mühüm vəzifədə olanlar Trampa səslənərək, Çinlə əməkdaşlığa sövq edirlər. Çünki bilirlər ki, Çinlə əməkdaşlıq etməyən ABŞ-ın özünü də, müttəfiqlərini də böhrandan çıxarmaq şansı yoxdur. Bax, bu həqiqət yeni dünya düzənini formalaşdıracaq. Çin, Rusiya və Hindistan kimi Asiyanın güclü liderləri Qərbin mərkəzdə olduğu dünyaya yeni və bəşəriyyət adına faydalı düzən gətirəcəkdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.