Türkiyə

Türkiyə və ABŞ Suriyadakı son vəziyyəti müzakirə edib

10 Noyabr 2019 09:05
0 Şərh     Baxış: 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın İstanbulda ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri və ABŞ-ın ölkədəki səfiri Devid Saterfild ilə görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş İstanbulun Dolmabahçe rayonunda, mətbuata qapalı şəkildə keçirilib və bir saat yarım davam edib.

Görüşdə Suriyadakı son hadisələr və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 13-də baş tutacaq ABŞ-a səfərinin detalları müzakirə edilib.

BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində Suriya Konstitusiya Komitəsinin işinin sürətlə başa çatmasının və Suriyada şəffaf, ədalətli və azad seçkilərin keçirilməsinin əhəmiyyəti xüsusilə vurğulanıb.

Bundan əlavə, görüşdə oktyabrın 17-də əldə edilən Suriyadakı təhlükəsizlik zonası ilə bağlı razılaşmaya aid ABŞ-la əməkdaşlığın genişləndirilməsinin zəruriliyi haqqında danışıllıb.

Türkiyə tərəfi görüşdə, İŞİD və PYD/YPG/PKK terror təşkilatları da daxil olmaqla, terrorla mübarizəyə sadiqliyini bir daha təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.